Yuxarı

Hakan Fidan İrana səfər edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hakan Fidan İrana səfər edəcək

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, telefon danışığı zamanı İranın XİN rəhbəri Hakan Fidanı Türkiyənin xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib.

Abdullahian iki ölkə arasında sıx əməkdaşılığın yeni dövrdə də davam edəcəyinə və daha da yaxşılaşacağına ümidvar olduğunu bildirib.

Telefon danışığı zamanı İran xarici işlər naziri turkiyəli həmkarını Tehrana səfərə dəvət edib. Nazir, həmçinin, ikitərəfli əlaqələrin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

İranın baş diplomatı iki ölkənin regional məsələlələrdə əməkdaşlığını vacib hesab etdiyini qeyd edib.

Hakan Fidan iranlı həmkarının təbrikinə görə minnətdarlığını bildirib. Yeni nazir Türkiyə ilə İran arasında dialoqların və əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.

Hakan Fidan ən qısa zamanda Tehrana səfər edəcəyini deyib.

Tarix
2023.06.04 / 23:47
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla