Yuxarı

Rus polkovnik: “Vaqner” ruslara divan tutur - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus polkovnik: “Vaqner” ruslara divan tutur - Video

Rusiya Müdafiə Nazirliyi və "Vaqner" özəl hərbi şirkəti arasında qarşıdurma sürətlə gərginləşir.

Axar.az xəbər verir ki, bu yaxınlarda "Vaqner" tərəfindən "təxribat məqsədi daşıyan hərəkətlər" ittihamı əsir götürülən Rusiya Silahlı Qüvvələrinin 72-ci briqadasının komandiri, polkovnik-leytenant Venevitin azadlığa buraxılandan sonra sensasion video çıxış paylaşıb.

Venevitin deyib ki, rəhbərlik etdiyi briqanın "Vaqner"lə qarşıdurması Baxmutda rastlaşdığı ilk günlərdən başlayıb. Sitatlara nəzər salaq:

- Bizim döyüşçülərimizi təxribata və münaqişəyə çəkirdilər, ölümlə hədələyirdilər.

- “Vaqner” bizdən 2 tank, 4 top, KAMAZ, zirehli piyada maşını oğurlayıb. Onlar bunu hərbi qənimət hesab edirlər.

- Radiolektron mübarizə tağımını mühasirəyə alaraq onları ölümlə hədələyirdilər.

- Bizim döyüşçülərimizi oğurlayıb işgəncə verirdilər, ləyaqətlərini alçaldırdılar.

- Bir batalyonun çavuşu oğurlanmışdı. Ona işgəncə verilirdi, soyuq yerdə lüt saxlanılırdı, gözünə kimyəvi turşu sıçradırdılar, üstünə benzin tökürdülər.

- Divizyonun qərargah rəisi oğurlanmışdı. Onu döydülər, avtomobilini əlindən aldılar, əl-qolunu bağlayıb çöllüyə tulladılar.

- Bir döyüşçümüzü döydülər, zorladılar. Həmin adam sonra özünü asdı.

- Bəzən oğurlanan döyüşçülərimizi silah-sursata dəyişməyi təklif edirdilər...

Bu gün Priqojin və Rusiya MN arasında qarşıdurmanın sürətlə gərginləşməsi fonunda bu açıqlama çox ciddi siyasi təsir effekti verəcək. Təbii ki, Priqojin buna səssiz və hərəkətsiz qalmayacaq. Belə açıq ittihamlara Priqojinin cavabı son dərəcədə sərt olmalıdır, bu gün qarşıdurma artıq o nöqtəyə çatıb ki, hər hansı tərəfin geri çəkilməsi onun məhvi ilə nəticələnəcək.

Tarix
2023.06.08 / 13:45
Müəllif
Kamran Cəfərov
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla