Yuxarı

2100-cü ildə dünyada nələr olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
2100-cü ildə dünyada nələr olacaq

İngilis elm jurnalı "New Scientist" (Yeni Elm) 2100-cü ildə insanların səylərinə və seçimlərinə görə dünyanın necə olacağına dair 4 ehtimal irəli sürüb.

"Axar.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ehtimallar bir çox iqlim, əhali, enerji modelləri ilə mütəxəssislərin fikirlərinə əsasən hazırlanıb.

7.1 milyard əhali

İlk və optimist ehtimala görə, bu gün təxminən 7.1 milyard əhalisi, atmosferdəki karbon 4 oksid (CO2) nisbəti milyonda 400 parça (400 ppm) olan dünyada yaşayanların sayı 2100-cü ildə 9 milyarda çatacaq. CO2 nisbəti isə 400 ppm-ə enəcək.

Dənizlərin səviyyəsində artım

İkinci ehtimala görə, yanacaqlara asılılıq azalmayacaq, istehlak, səyahət, uşaq sayı kimi həyat tərzlərində çox dəyişiklik olmayacaq. Neft istehlakı azalsa da, istilik və dənizlərin səviyyəsindəki artım davam edəcək.

9.5 milyard əhali

Üçüncü ehtimala görə, istixana təsirinə gətirib çıxaran qazlar əsrin sonuna qədər azaldıla bilinməyəcək. Dünya əhalisi 2100-cü ildə 9.5 milyarda CO2 nisbəti 650 ppm-ə çıxacaq.

Sellər və quraqlıq

Sonuncu pessimist ehtimala görə, dünya əhalisi 12.5 milyarda, CO2 nisbəti 950 ppm-ə çıxacaq. İnsanlar bu günkündən daha çox ət istehlak edəcək, yenilənə bilən enerji sərmayələri qeyri-kafi qalacaq, bir çox bölgədə CO2-nin artması səbəbiylə nəfəs almaq çətinləşəcək, bioçeşidliliyin azalması səbəbiylə ekosistemin tarazlığı pozulacaq, sellər və quraqlıq daha sıx meydana gələcək və qütblər artıq buzla örtülü olmayacaq.

Hökumətlərarası iqlim mütəxəssislər qrupunun (GİEC) uzmanlarından biri olan Kristian Qollierin fikirlərinə görə, ikinci ehtimal üçün çox çalışmaq lazımdır. Qollier üçüncü ehtimalı ən mümkün variant hesab eləyib.

GİEC keçən ay yayımladığı beşinci hesabatında 2100-cü ilə qədər dünyada orta hesabla istiliyin 0,3-4,8 dərəcə artacağını açıqlamışdı.

Tarix
2013.10.30 / 14:44
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

İsrail “soyqırım” səsverməsini Bakının təzyiqi ilə dayandırıb

Rusiyaya cavab: 3 baza, 3 tanker... - Zelenski elan etdi

Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurdu - Foto

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla