Yuxarı

Şolts qəbul edilən sərt qanunu dəstəklədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şolts qəbul edilən sərt qanunu dəstəklədi

Almaniya kansleri Olaf Şolts Avropa Birliyi (AB) ölkələrinin qalmaq perspektivi olmayan qaçqınlarla daha sərt davranmaq barədə razılaşmasını dəstəkləyib.

Axar.az Report-a istinadən xəbər verir ki, o, bu barədə şənbə günü Nürnberqdə Almaniya Protestant Kilsələrinin 38-ci Konqresində çıxışı zamanı bildirib.

Şolts qeyd edib ki, ölkələrin başqalarını işarə edib özünü məsuliyyətdən kənar hiss etməsinə son qoymaq lazımdır.

“Nəhayət, qaçqınların Avropada bölüşdürülməsi üçün həmrəylik sistemi yaradılmalıdır”, - o vurğulayıb.

Eyni zamanda Şolts sığınacaqla bağlı prosedurların sürətləndirəcəyinə və prosesin daha rəqəmsal olacağına söz verib:

“Avropada qala bilməyənləri geri qaytarmaq üçün mümkün olan hər şeyi etməliyik”, - Almaniya hökumətinin başçısı fikrini yekunlaşdırıb.

Xatırladaq ki, iyunun 8-də AB ölkələrinin daxili işlər nazirləri sığınacaq verilməsi sistemində islahatların aparılması planlarının lehinə səs veriblər. O cümlədən qalmaq perspektivi olmayan miqrantlara qarşı daha sərt rəftar nəzərdə tutulur. Gələcəkdə təhlükəsiz hesab olunan ölkələrdən gələn insanlar sərhədi keçdikdən sonra ciddi nəzarət edilən qəbul məntəqələrinə yönəldilməlidir. Bu halda, bir qayda olaraq 12 həftə ərzində ərizəçinin sığınacaq almaq şansının olub-olmadığını müəyyən etmək üçün yoxlama aparılır. Cavab mənfi olarsa, o, dərhal geri göndərilməlidir.

Tarix
2023.06.10 / 15:59
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla