Yuxarı

İran və Azərbaycan birgə əməkdaşlığa hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran və Azərbaycan birgə əməkdaşlığa hazırlaşır

İran ilə Azərbaycan arasındakı qaz mübadiləsinin həcmi 1 milyard kubmetrdir. İran Astara sərhəddində qazı Azərbaycandan alır və "swap" əməliyyatı ilə Naxçıvan Muxtar Respublikasına ötürür.

AzərTAC xəbər verir ki, bu sözləri yerli mətbuata verdiyi açıqlamada İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Səfir bildirib ki, Naxçıvanın soyuq iqlimi ilə əlaqədar olaraq Azərbaycan muxtar respublikaya İran vasitəsilə daha artıq həcmdə qaz ötürmək istəyir və bu məsələ dövlətlər arasında müzakirə olunur.

M. Pakayin vurğulayıb ki, İran və Azərbaycan enerji, ticarət, mədəniyyət sahələrində daha geniş əməkdaşlıq imkanlarına malikdir və hər iki dövlət bu imkanlardan istifadə edib əlaqələri genişləndirmək istəyir. Bu istəyin reallaşması üçün hər iki tərəf ciddi iradə göstərir.

Səfir qeyd edib ki, İran və Azərbaycan Əmmandən Qara dənizə qədər uzanan bir dəhlizin yaranmasında mühüm rol oynaya bilər.

Tarix
2015.12.13 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla