Yuxarı

Putin Ukrayna ilə razılaşmaya baxmaq niyyətində deyil

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hökuməti Ukraynada müxalifət hakimiyyətə gəlsə belə, Ukrayna ilə kredit verilməsi və qazın qiyməti üzrə əldə olunmuş razılaşmaya yenidən baxmaq niyyətində deyil.

Bu barədə RF Prezidenti Vladimir Putin Brüsseldə Rusiya-Avropa İttifaqı sammitindən sonra bildirib.
V.Putin qeyd edib: "Əgər Ukraynada müxalifət hakimiyyətə gəlsə, kredit və energetika üzrə əldə etdiyimiz razılaşmaya yenidən baxacağıqmı? Baxmayacağıq. Bizim üçün vacib deyil. Biz ki Yuliya Timoşenkonun başçılıq etdiyi hökumətlə də konstruktiv dialoq aparmışdıq".

O bildirib ki, Rusiya üçün vacid olan Ukraynanın krediti ödəmə qabiliyyətidir: "Və biz əmin olmaq istəyirik ki, bu pullar qayıdacaq".

Qeyd edək ki, ötən il dekabrın 17-də Moskvada Ukrayna-Rusiya dövlətlərarası komissiyanın iclasında Ukraynaya tədarük edilən Rusiya qazının qiymətinin min kubmetrə görə 268,5 dollaradək azaldılması, həmçinin RF tərəfindən Ukraynanın müstəqil avrobondlarının 15 milyard dollara alınması barədə razılaşma əldə olunub.
Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Bu gün Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. (Trend)

Tarix
2014.01.29 / 00:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla