Yuxarı

İrana qarşı mübarizədə ərazimizdən istifadə edilə bilməz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana qarşı mübarizədə ərazimizdən istifadə edilə bilməz

İran hökumətinə müxalif olan Xalq Mücahidləri Təşkilatının Albaniya torpağından Tehran rejiminə qarşı mübarizə üçün istifadə etmək hüququ yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Albaniyanın Baş naziri Edi Rama müsahibəsində deyib.

O, müxalif təşkilatın Albaniya hökuməti ilə bağladığı anlaşmanı pozduğunu, bu ölkədən İrana qarşı mübarizə mərkəzi kimi istifadə etdiklərini söyləyib.

Baş nazir 2016-cı ildə Xalq Mücahidləri Təşkilatının Albaniyaya köçürülmələrinə icazə verilməsini “insan həyatının xilas edilməsi əməliyyatı” adlandırıb.

"O zaman Mücahidlər Təşkilatının üzvlərinin İran hökuməti tərəfindən təqib edildiklərinə görə onların Albaniyaya sığınmalarına icazə verilib", - Edi Rama bildirib.

Qeyd edək ki, uzun illər ərzində İraqda məskunlaşan Xalq Mücahidləri Təşkilatının üzvləri Səddam Hüseyn hökuməti devrildikdən sonra Vaşinqtonla Albaniya hökuməti arasında razılaşma nəticəsində bu ölkənin ərazisinə köçürülüb.

İyunun 20-də isə Albaniya polisi Manez şəhərində yerləşən İran Xalq Mücahidləri Təşkilatının mənzil qərargahına basqın edib. Basqın zamanı Əbdülvahab Fərəcinejad adlı təşkilat üzvü ölüb, 100 nəfər bibər qazından zəhərlənib və 70 nəfər həbs edilib.

Tarix
2023.07.08 / 08:00
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla