Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Yanvar 2019


Suriya bioloji silah istehsal edir - İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Suriya rəhbərliyi kimyəvi silahın ləğv edilməsinə razılıq verməsinə baxmayaraq hazırda bioloji silah istehsal edir".

Bu informasiyanı "France Presse" agentliyi yayıb.

ABŞ Milli Kəşfiyyatının başçısı Ceyms Klepper Senatın Komitəsində etdiyi çıxışı zamanı bildirib ki, bu silah növünün istehsal edilməsi üçün Suriya hərbi bioloji proqramının bəzi detalları artıq həyata keçirilib. "Əgər onların bu tədqiqatı davam etdirilərsə, məhdud sayda bioloji silah istehsal edə bilərlər. Çox böyük ehtimalla bu silahın yaradılması prosesinə xeyli vaxt öncə başlanılıb. Ancaq ABŞ kəşfiyyatında bu haqda heç bir məlumat olmayıb", - deyə ABŞ Milli Kəşfiyyatının başçısı bildirib.

Rəsmi Dəməşq hələlik Ceyms Klepperin açıqlaması ilə bağlı heç bir izahat verməyib.

"France Presse" agentliyinin məlumatına görə, ABŞ xüsusi xidmət orqanları Suriyanın bioloji silah istehsal etdikləri barədə ilk dəfə açıqlama verirlər. O da vurğulanır ki, Suriya hərbi bioloji proqramı haqda informasiya ölkə mediasında yayımlanmayıb.

Xatırladaq ki, ötən il Suriya ABŞ-ın təzyiqi ilə kimyəvi silahın istehsalından və istifadə edilməsindən imtina edib. Hazırda rəsmi Dəməşq kimyəvi silahın hazırlanması üçün lazım olan komponentlərin məhv edilməsi ilə məşğuldur. Beynəlxalq komandanın köməyilə Suriyadan kimyəvi silahlar və ximikatlar məhv edilmək üçün dənizdə ABŞ gəmisinə yüklənir. Bu prosesin iyun ayının 30-dək bitirilməsi gözlənilir. Bütün bu proqramın həyata keçirilməsi üçün 1 milyard dolların xərclənəcəyi nəzərdə tutulur. (ANS)

Tarix
2014.01.30 / 01:05
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Gürcü kilsəsi susur, müsəlmanlar isə Ukraynanı təbrik edir

Makron: Avropa Maduroya qarşıdır

Paşinyan xarici “kursu” elan etdi: Dəyişməyəcək!

Maduronun devrilməsi Rusiyaya təhdiddir - Burıx

“Ukrayna, Rusiya və Belarus birgə olmalıdır”

Şotlandiyanın eks-rəhbəri həbs edildi

ABŞ Venesuelada öz məqsədinə çatacaq - Şamanov

İrəvanda “Sarı jiletlilər” hərəkatı başlayır – Hazırlıq gedir

İrəvan Ukraynada hərbi attaşelik yaradır

Rusiyaya çağırış: Qondarma qurumlardan imtina et!

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla