Yuxarı

Türkiyə hücuma keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri Əl-Qaidə terror təşkilatı ilə bağlantılı olan İraq Dəməşq İslam Dövləti qruplaşmasının konvoyuna hücum edib.

"İhlas Xəbər Agentliyi"nə istinadən verilən məlumata görə, buna səbəb qrupun Suriyadakı mövqələrindən Türkiyənin Kilis şəhərini avtomat silahlardan atəşə tutması olub. Tanklar və ağır artilerriyadan açılan atəş nəticəsində silahlılara məxsus pikap, yük avtomobili və bir avtobus zərərsizləşdirilib.

İraq Dəməşq İslam Dövləti Suriyada müxalifətin hərbi qolu olan Azad Suriya Ordusunun əsgərlərinə qarşı vuruşur.

Bu arada, İraqın baş naziri Nuri əl-Maliki Avropa Birliyini tənqid atəşinə tutub. Bağdadda çıxışı zamanı Nuri əl-Maliki bildirib ki, Avropa ölkələri Suriyada döyüşən əl-Qaidə terrorçularını silahlandırmağa son qoymalıdı.

"Mən əl-Qaidəni silahla təmin etməyə çalışan ölkələrə müraciətlə bildirmək istəyirəm ki, onlar bu təşkilatı silahlandırmaqla, eyni zamanda, İraqda terrorizmə dəstək olurlar. Çünki əl-Qaidənin hər iki ölkədə güclü bağlantıları var. Təşkilatın silahlandırılması qərarları ziddiyyətlidir. Biz burada terrorizmə qarşı mübarizə apardığımız bir vaxtda, siz orada onları silahlandırmağa çalışırsız", - deyə Nuri əl-Maliki vurğulayıb.

Amerika Birləşmiş Ştatları Konqresi bir qədər əvvəl Suriyada döyüşən müxalifət qüvvələrinin silahlandırılması üçün maliyyə dəstəyi layihəsini təsdiqləyib. Silahlar Suriyaya əsasən, İordaniyadan keçirilir (Anspress).

Tarix
2014.01.30 / 08:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla