Yuxarı

Öcalanın ermənilərə yazdığı məktubun tərkibi açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın ermənilərə yazdığı məktubun tərkibi açıqlanıb.

Türkiyə mətbuatına istinadən verilən məlumata görə, məktub 2 səhifədən ibarətdir. Məktubda ermənilərin inancları və azadlıqlaerı üçün mübarizə aparması, 1915-ci il qondarma erməni "soyqırımı" və s. bu kimi məsələlərə toxunulur.

"Xüsusilə kapitalizm müasirliyi və onun məbədi olan milli dövlətlərin saçdığı zəhər səbəbindən bu torpaqlar xalqlar və mədəniyyətlər qəbristanlığına dönüb. Biz sadəcə kürd xalqının yox, bu qədim regionun başda erməni xalqı olmaqla bütün xalqlarının və inanclarının azadlığı üçün mübarizə aparırıq. Əlverişsiz şəraitimə baxmayaraq, aparmağa çalışdığım sülh axtarışının heç bir xalqın ziyanına və əleyhinə olmayacağı 30 illik mübarizəmizin hər anında gizlidir".

Bundan başqa Öcalan 1915-ci ildə erməni xalqına qarşı "soyqırımı" həyata keçirildiyini bildirərək bunun "qəddarca" olduğunu qeyd edib. Ermənilərin böyük əziyyətlər və mübarizələr bahasına həyatda qalmağa nail olduğunu bildirərək bunun "möcüzə" olduğunu vurğulayıb.

Sonda terrorçu lider ermənilərə, hədəfi müharibə olan beynəlxalq sərmayə qüvvələrinin və lobbilərinin hiyləli məqsədlərindən uzaq olmağı məsləhət görüb (Anspress).

Tarix
2014.01.30 / 08:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla