Yuxarı

Cenevrə danışıqları bərpa olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün İsveçrənin Cenevrə şəhərində BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahiminin rəhbərliyi ilə Suriyanın hökumət və müxalifət nümayəndələri arasında danışıqlar bərpa olunub. Bu barədə BMT-nin Cenevrə şöbəsindən bildiriblər.

Nəticə gözləmək tezdir, çünki tərəflər eyni ittihamları səsləndirir və ortaq məxrəcə gələ bilmirlər. Rəsmi Dəməşq istənilən mövzunu müzakirə etməyə hazır olduqlarını desə də prezident Bəşər Əsədin istefa məsələsini qəbul etmir və buna yalnız Suriya xalqının qərar verə biləcəyini deyir.

Müxalifət isə 2012-ci ilin iyununda Cenevrədə əldə olunan kommyunikenin icrasında maraqlıdır və keçid hökumətinin yaradılmasında israr edir.

Cenevrədə danışıqlar davam etdiyi bir vaxtda Suriyada yalnız ötən gün gedən qarşıdurmalarda ən azı 112 nəfər ölüb. Onların əksəriyyəti Hələbdə gedən qarşıdurmalar nəticəsində həlak olub.

Ən şiddətli qarşıdurmalar Hələbin Bostan-Paşa və Bəni-Zeyd rayonlarında qeydə alınıb. Hər iki tərəf ağır itgilər verib. Hakimiyyət ordusu bu gün səhər Hələbin əl-Cədidə qəsəbəsində müxalifətin Azad Suriya Ordusunun mövqelərini hədəfə alıb. Radikal DAİŞ qruplaşması isə Huma əyalətinin ər-Rihcan qəsəbəsində hakimiyyət qüvvələrinə qarşı iki kamikadze əməliyyatını həyata keçiriblər.

Qarşıdurmalar demək olar ki, Suriyanın Tərtus əyaləti istisna olmaqla digər əyalətlərinin hamısında baş verib (Publika).

Tarix
2014.01.30 / 09:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla