Yuxarı

Suriyaya gedənlər barədə sensasiya - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ milli kəşfiyyatının direktoru Ceyms Klepper senatın Kəşfiyyat komitəsi qarşısında verdiyi hesabatda Suriyada döyüşən əcnəbilərlə bağlı sensasion açıqlama verib.

Ceyms Klepper "Əl-qaidə" qruplarının terrorçular hazırlamaq və onları sonradan öz ölkələrinə yollamaq üçün xüsusi təlim düşərgələri Suriyada yaratdıqlarını bildirib. Klepper Suriyada Bəşər Əsəd hökümətinə qarşı 26 min nəfərin döyüşdüyünü, onların 7 minə qədərinin Avropa dövlətləri də daxil olmaqla 50 müxtəlif ölkədən olduğunu bildirib. ABŞ kəşfiyyat rəsmisinin dediyinə görə, artıq Amerika və Avropa ölkələrindən olan xeyli sayda əcnəbi döyüşçü öz vətənlərinə qayıdıb.

Suriyaya döyüşmək üçün gedənlərin qarşısını almaq üçün tədbirlər görülür.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə Suriyaya gedənlərin böyük əksəriyyəti təhsil almaq, işləmək, turist və ziyarət adı ilə ölkədən çıxırlar. Onlar qanuna zidd əməl törətməyiblərsə, barəsində məhkəmə istintaqı aparılmırsa, o zaman polisin həmin şəxsi saxlamaq səlahiyyəti yoxdu.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirir ki, Dövlət Azərbaycan vətəndaşlarının Suriyada döyüşlərə qatılmasının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Onun sözlərinə görə Azərbaycanlı gənclərin, vətəndaşlarımızın qeyri-qanuni yollarla səfərbər olunub, dünyanın müxtəlif qaynar nöqtələrinə, o cümlədən Suriyaya göndərilməsi prosesində bəzi beynəlxalq təşkilatlar da iştirak edirlər. Bəzi vətəndaşlar ayrı-ayrı daxili və xarici qüvvələrin təsiri altında bu işə qoşulur və bunların hamısının qarşısını almaq çətindir.

Son vaxtlar ölkədən Suriyaya döyüşmək üçün gedənlərin sayı artdığından bütün Qafqazın Şeyxi bir sıra dövlət qurumlarına müraciət edib. Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvada Hacı Allahşükür Paşazadə əlinə silah götürən hər bir azərbaycanlının qanuna zidd hərəkət etdiyini əsas gətirərək, Suriyada və başqa ölkələrdə cihad adıyla vuruşan Azərbaycan vətəndaşlarının cəzalandırılması məsələsini də dövlət qarşısında qaldıracağının bildirib. Suriyaya döyüşmək üçün gedənlərlə bağlı verilən fətvadan sonra bəzi radikal dini məzhəblər Qafqaz Müsəlmanları İdarəsinin belə bir fətva vermə səlahiyyəti olmadığına dair fikirlər səsləndirirlər. Din xadimləri isə hesab edirlər ki, Qafqaz Müsəlmanları İdarəsi ölkədəki dindarların fikirlərini nəzərə alır və bu fətvalar şəriət qaydalarına əsaslanır. Ona görə də Qafqaz Müsəlmanları idarəsinin tam olaraq belə bir fətva vermə səlahiyyəti var.

Bütün Qafqazın Şeyxi də etiraf edir ki, qurumun verdiyi bu fətvadan sonra bəzi dini məzhəblər tərəfindən QMİ-yə, hətta özünə qarşı da təzyiqlər olacaq. Çünki verilən bu fətva radikal dini cərəyanların nümayəndələrinə sərf etmir. Dindarlar hesab edirlər ki, Azərbaycanda radikal dini cərəyanların ciddi sosial dayağı yoxdur. Onlar ölkəmizdə kiçik qruplaşma halında fəaliyyət göstərirlər və əsas məqsədləri də öz fəaliyyətlərini genişləndirməklə Azərbaycandakı dini tolerantlıq mühitinə zərbə vurmaqdır. Ekspertlər hesab edirlər ki, ona görə də radikal dini cərəyanlar ayrı-ayrı din xadimlərini hədəfə almağa cəhd edirlər. (ANS)

Tarix
2014.01.30 / 23:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla