Yuxarı

NATO-da həyəcan: “Putin prezident olduqdan sonra...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO-da həyəcan: “Putin prezident olduqdan sonra...”

NATO silahsızlanma üzrə Moskva ilə danışıqların bərpası haqqında fikirləşməlidir.

Publika.az xəbər verir ki, bu barədə NATO-nun almaniyalı generalı Hans-Lotar Domreze deyib.

Onun sözlərinə görə, ittifaq dünyada güc balansının Rusiyanın xeyrinə pozula biləcəyindən qorxur:

"Rusiyanın silahlı qüvvələri daim dəyişilir və möhkəmlənir. Rusiya silahlı qüvvələrinin son vaxtlar müasirləşməsi fonunda NATO gücləri geriləyir. Putin ikinci dəfə prezident olduqdan sonra Rusiyanın müdafiə sferasına qoyulan investisiyalar artıb. Hazırda Rusiyanın silahlı qüvvələri ultramüasir, elastik və döyüş qabiliyyətlidir".

NATO generalı qeyd edib ki, ittifaqın silahlı qüvvələri son 25 il ərzində 25 faiz azalıb. Domrezenin fikrincə, güc balansının pozulacağı halda NATO Rusiya ilə silahsızlanma haqqında danışıqlara başlamalıdır. General hesab edir ki, yalnız güc balansı dünyada sabitliyə zəmanət verir.

"Zəruri olduqda isə NATO ikinci ssenarini həyata keçirməli, silahlı qüvvələri tam müasirləşdirməli və yeni texnologiyalar üzərində işləməlidir. Hava hücumundan müdafiə sisteminə xüsusi diqqət verilməlidir". - Domrezeni bildirib.

Tarix
2016.01.01 / 15:40
Müəllif
Axar.az
Digər xəbərlər

Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla