Ana səhifə Planet |
Liviyanın öldürülən prezidenti Qəzzafinin ikinci oğlu Seyfülislamı Putinin qızlarından biri ilə evləndirmək istədiyi ortaya çıxıb.
Axar.az xəbər verir ki, Qəzzafinin məsləhətçilərindən olan Məhəmməd Əbdül Müttalib əl-Xuni Qəzzafinin Rusiya ilə "siyasi evlilik" üzərindən əlaqələrini inkişaf etdirməyə çalışdığını söyləyib.
"Əl Ərəbiyyə"yə danışan məslətçi Liviya liderinin bu fikrini Vladimir Putinə bildirdiyini deyib.
"Qəzzafi bu mövzu haqqında Putinlə danışıb, ancaq Rusiya prezidenti təklifə təəccüblənib və qızının Seyfülislamı tanımadığını söyləyib", - Xuni bildirib.
Qəzzafi 2011-ci ildə inqilabla devrilib və öldürülüb. Oğlu Seyfülislam isə Qəzzafi öldürüləndən sonra müxaliflər tərəfindən tutulub.
Qeyd edək ki, Seyfülislam Qəzzafi hələ də Zintandakı polisdə saxlanılır.
Tarix
2016.01.02 / 22:31
|
Müəllif
Aytac Qədirova
|