Yuxarı

İranda yolun sonu görünür, xalq inqilaba hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda yolun sonu görünür, xalq inqilaba hazırlaşır

“Qadın, yaşam, azadlıq” hərəkatının ildönümünə sayılı günlər qalıb. Rejim isə bütün gücü ilə insanlar arasında qorxu və ümidsizliyi yaymağa çalışır. Məsələn, siyasi məhbus Cavad Ruhinin rejim tərəfindən həbsxanada, özü də 2022-ci ilin sentyabr ayında başlayan kütləvi etirazların ildönümü ərəfəsində öldürülməsi insanların canına qorxu və vəsvəsə salmaq cəhdindən başqa bir şey deyil.

Rejim hazırda hər yola əl atır ki, yeni kütləvi aksiyaların, hər hansı bir inqilabi hərəkatın qarşısını alsın. Buna görə də qorxu hissini yaymaqla yanaşı, müxtəlif yollarla toplumu inqilabın mümkünsüzlüyünə inandırmağa çalışır. Halbuki, rejim üçün reform şansı çoxdan bitib. Böhranla dolu mövcud şəraitdə isə sistemin uzun müddət davam gətirə biləcəyi reallıqdan tamamilə uzaqdır.

İran İslam Respublikası 40 ildən artıq zor gücünə mövcudluğunu saxlamağı bacarsa da, xatırlatmaq lazımdır ki, daha güclü və bəlli bir disiplinə malik olan hökumətlər inqilab nəticəsində tarixə qovuşub.

Bu gün İran üçün inqilab qaçılmazdır. Yolun çətinliyinə və yoruculuğuna baxmayaraq, buna inananlar bu yolda sarsılmadan və ümidsizliyə qapılmadan addımlayacaqlar.

Bugünkü yeni nəsilə inanıram; onlar müəyyən çətinlikləri yaşamış, azadlığı hiss etmiş və aydın bir gələcəyin hansı yolla əldə ediləcəyini dərk etmiş nəsildirlər. Bütün bu eniş və qalxışlara baxmayaraq yolun sonu görünür. Bu sonun adı isə məlumdur – İnqilab!

Tarix
2023.09.05 / 08:30
Müəllif
Aydın Araz
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla