Yuxarı

Yaxın Şərq böhranı: “Dini müharibə başlayacaq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaxın Şərq böhranı: “Dini müharibə başlayacaq”

Yaxın Şərq savaşları artıq sünni-şiə müharibələrinə çevrilir.

Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında politoloq Vladimir Əhmədov söyləyib.

Onun sözlərinə görə, dünya artıq orta əsrlərə qayıdır:

"Artıq müharibələrin əsas faktoru ərazilərin ələ keçirilməsi yox, dini faktor olub. Bu, regiondakı ən sərt konfliktlərlə bağlı uğurun əldə edilməsi imkanlarını aşağı salır. Ər-Riyad bundan sonra da ölkədəki şiə icmasını sıxışdırmağa başlayacaq. Proseslərin sonu dini müharibəyə çevriləcək və onun Rusiya və Mərkəzi Asiyaya yayılma imkanları böyükdür. Bu konfliktin yaxın zamanlarda həll ediləcəyi ilə bağlı heç bir optimist proqnoz vermək mümkün deyil. Əsas ümid müsəlman dünyasının əsl avtoritet şəxslərinə qalıb".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimri daxil olmaqla 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq İranla diplomatik əlaqələri kəsib və Tehran səfirinə ölkəni tərk etməsi üçün 24 saat vaxt verib.

Tarix
2016.01.04 / 12:45
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla