Yuxarı

Rus ideoloqdan Avrasiya fitvası: Şiələrlə həmrəylik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus ideoloqdan Avrasiya fitvası: Şiələrlə həmrəylik

Şiələrlə həmrəy olub, Suriya, İraq, Yəmən, Bəhreyn və ümumiyyətlə, hər yerdə ümumi düşmənimiz olan islamçılara qarşı döyüşmək biz rusların borcudur.

Axar.az xəbər verir ki, bunu öz Feysbuk səhifəsində Kremlə yaxınlığı ilə seçilən məşhur rusiyalı politoloq Aleksandr Duqin paylaşıb. Onun sözlərinə görə, rus-şiə alyansı təkcə geosiyasi xarakter daşımır:

"Bu dini tipli dərin qohumluqdur. Amerikayönlü Səudiyyə rejimi məhv edilməlidir. Bu, Avrasiya fitvasıdır. Yaşasın şəhid şeyx Nimr ən-Nimr".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimr daxil olmaqla 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq İranla diplomatik əlaqələri kəsib və Tehran səfirinə ölkəni tərk etməsi üçün 24 saat vaxt verib.

Duqin həmçinin Beynəlxalq Avrasiya Hərəkatının lideridir. Hazırda Rusiyanın cəmiyyətə təsir etmək qabiliyyətinə sahib olan 36-cı ən görkəmli intellektual şəxsi kimi tanınan Duqin hakimiyyətin əsas müdafiəçilərindən biridir. Bəzi mənbələr məhz onun avrasiyaçılıq ideyasının yaradıcılarından biri olduğunu iddia edirlər.

Tarix
2016.01.06 / 08:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla