Yuxarı

Əsəd bu müddətə qədər postunda qalacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsəd bu müddətə qədər postunda qalacaq

ABŞ hökumətinin hazırladığı strateji planda Suriya lideri Bəşər Əsədin 2017-ci ilin martına qədər hakimiyyətdə qalacağı göstərilib.

Axar.az xəbər verir ki, bu barədə "Assoşeyted Press" agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ-ın Suriya ilə bağlı bu planı 2015-ci ilin noyabr ayında Rusiyanın iştirakı ilə keçirilən Vyana müzakirələri zamanı hazırlanıb.

Vyana görüşlərində Suriya hökuməti ilə müxaliflər arasında dialoqun qurulması, 6 ay ərzində keçid hökumətinin yaradılması və 2017-ci ilin avqustunda isə seçkilərin keçirilməsi nəzərdə tutulurdu. Lakin yeni plana əsasən, ABŞ hökuməti Əsədin postunda qalmasına razı oldu.

Plana görə, Əsəd hökuməti ilə müxalifətdən olan nümayəndələr müzakirələrdən sonra bu ilin aprel ayında Təhlükəsizlik Komitəsi yaradacaq. May ayında isə parlament ləğv ediləcək. BMT Təhlükəsizlik Şurası yeni keçid hökumətini tanıyacaq.

Tərəflərin birgə hazırladığı konstitusiya isə 2017-ci ilin yanvar ayında referenduma qoyulacaq. 2017-cı ilin mart ayında isə Əsəd və tərəfdarları hakimiyyətdən gedəcək.

O da bildirilib ki, Rusiya və İran seçkilərdən 6 ay əvvəl Əsədin hakimiyyətdən getməsini qəbul etməyəcək. ABŞ-ın müttəfiqləri Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər bunu xəyanət olaraq dəyərləndirəcək.

Tarix
2016.01.06 / 19:24
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla