Yuxarı

Səudiyyə Moskvanın təklifini rədd etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səudiyyə Moskvanın təklifini rədd etdi

Səudiyyə Ərəbistanı İranla siyasi gərginliyin aradan qaldırılması üçün Rusiyanın vasitəçilik təklifini qəbul etməyib.

Axar.az xəbər verir ki, bu barədə CNBC televiziyasına müsahibəsində krallığın Xarici İşlər naziri Adil Cubeyr deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin normallaşması üçün birinci rəsmi Teharan addım atmalıdır:

"Vasitəçiliyə ehtiyac yoxdur. İran rəftarını dəyişdirib Səudiyyə Ərəbistanı ilə əlaqələri normallaşdırmaq istəyini ifadə edərsə, biz də eyni şəkildə qarşılıq verərik".

Digər tərəfdən Rusiyanı "böyük güc" olaraq qəbul edən Cubeyr Moskva ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını deyib.

"Rusiya ilə aramızdakı ticarət həcmi iki ölkənin iqtisadiyyatının ölçüsünə bərabər deyil. Səudiyyə Ərəbistanı da, Rusiya da G20 üzvüdür. Ancaq ticarət və investisiya nisbəti çox aşağıdır. Bu vəziyyəti dəyişdirmək istəyirik", - nazir qeyd edib.

Tarix
2016.01.07 / 15:02
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Konstitusiyamız demokratik inkişafa təminat yaradan...

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla