Yuxarı

ABŞ-ın F-35 qırıcısı yoxa çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın F-35 qırıcısı yoxa çıxdı

Dünən ABŞ-ın Cənubi Karolina ştatının Çarleston şəhəri yaxınlığında 501-ci təlim eskadriliyasına məxsus F-35 “Lightning II” təyyarəsi qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Məlumata görə, təyyarədə baş verən nasazlıq səbəbindən pilot katapult edib. Yerə endikdən sonra pilot xəstəxanaya aparılıb, hazırda vəziyyəti normaldır.

Amma F-35 təyyarəsi yoxa çıxıb. Təyyarənin hara düşdüyü məlum deyil.

Çarlstondakı bazanın veteran pilotu Stanton təyyarənin Moultrie və Marion gölünə düşə biləcəyini ehtimal etdiyini deyib.

Onun sözlərinə görə, təyyarənin axtarışlarına helikopter də cəlb olunub.

Bazadakı rəsmilər yerli əhaliyə səslənərək, təyyarəni görən şəxslərin xəbər vermələrini istəyib.

Tarix
2023.09.18 / 14:31
Müəllif
Axar.az
Digər xəbərlər

BTQ-nin beynəlxalq gənclər platformasına 40 ölkə qoşuldu

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla