Yuxarı

Şok: Koreya ABŞ-dan atom bombası istədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok: Koreya ABŞ-dan atom bombası istədi

Cənubi Koreya Qərargah rəisləri komitəsinin rəhbəri general Li Sun Çjin ABŞ-ın bu ölkədəki hərbi qüvvələrinin komandanı general Kertis Skaparotti ilə təkbətək görüşüb.

Axar.az xəbər verir ki, bu barədə bəyanatı Cənubi Koreya Müdafiə Nazirliyi yayıb. Nazirlik görüşdə tərəflərin Koreya yarımadasında ABŞ strateji qüvvələrinin yerləşdirilməsi imkanlarının müzakirə edildiyini bildirib. Rəsmi Seul ABŞ-dan yarımadaya atom sualtı gəmilərinin, "Stels" texnologiyası (radarlardan qaçmaq imkanı. – red.) ilə təchiz edilmiş B-52 bombardmançıları və F-22 qırıcılarının göndərilməsini istəyib. Görüşdə həmçinin Seul Vaşinqtona Cənubi Koreyada THAAD raket əleyhinə müdafiə kompleksləri və taktiki nüvə silahının yerləşdirilməsini təklif edib.

Qeyd edək ki, dünən Şimali Koreya hidrogen bombasını sınaqdan keçirib. Bu, bütün dünyada rəsmi Pxenyana qarşı etirazların səsləndirilməsinə səbəb olub.

Tarix
2016.01.07 / 16:07
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla