Yuxarı

Rusiyada qafqazlılar arasında kütləvi dava

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada qafqazlılar arasında kütləvi dava

Rusiyanın Petrozavodsk şəhərində qafqazlılar arasında kütləvi dava baş verib.

"Axar.az" bildirir ki, APA-nın "Lenta.ru"-ya istinadən verdiyi məlumata görə, insident yanvarın 27-ə keçən gecə qeydə alınıb.

Kütləvi davada 40 nəfərə yaxın çeçen, inquş və azərbaycanlılar iştirak edib. Nəticədə dava iştirakçılarından biri, 29 yaşlı çeçen kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Digər bir-neçə şəxs yüngül bıçaq yarası alıb.

Hazırda hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111 (qəsdən sağlamlığa vurulan ağır zərər) və 213-cü (xuliqanlıq) maddələri üzrə cinayət işi açılıb. İki Azərbaycan vətəndaşı müttəhim, daha iki nəfər isə şübhəli qismində saxlanılıb.

Kareliya DİN-i mətbuat xidmətinin məlumatına əsasən, münaqişə məişət zəminində baş verib.

Tarix
2014.02.01 / 08:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla