Yuxarı

Həmyerlilərimiz etiraz aksiyası keçirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həmyerlilərimiz etiraz aksiyası keçirdi

İsveçin paytaxtı Stokholm şəhərinin Botkirka rayonunda 1915-ci il hadisələrinə dair qondarma erməni "soyqırımı" abidəsinin tikilməsi bu şəhərdə yaşayan türkiyəli və azərbaycanlı sakinlərin etirazı ilə qarşılanıb.

Məlumata görə, süryani, assur və erməni icmasının gündəmə gətirdiyi təklif ötən gün Botkirka bələdiyyə məclisində səsverməyə çıxarılıb. Səsvermə barədə məlumat əldə edən yerli Azərbaycan və Türkiyə icmasının nümayəndələri bələdiyyə binasının qarşısında etiraz aksiyası keçiriblər.

Bütün etirazlara baxmayaraq bələdiyyə məclisi abidənin tikilməsi istiqamətində qərar qəbul edib.

Bildirilir ki, məclisdə səsverməyə çıxarılan təklifə 9 partiyadan 8-i dəstək verib. Bələdiyyə məclis üzvlərindən 54 nəfəri təklifin lehində, 5 nəfər isə əleyhində səs verib.

Məlumata görə, 87 400 sakini olan Botkirka rayonunda 10 000 türk yaşayır(ANS).

Tarix
2014.02.01 / 09:33
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

Ağdam erməni vandalizminin şahididir...

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan Cənubi Qafqazda əsas logistika habıdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla