Yuxarı

Rusiyanın bu telekanalına cinayət işi açıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın bu telekanalına cinayət işi açıldı

Litva hökumətinin tələbi ilə Rusiyanın İsveçdə fəaliyyət göstərən "RTR- Planeta" televiziyası haqqında cinayət işi açılıb.

Axar.az xəbər verir ki, bu barədə Litva Radio və Televiziya Şurasının sədri Edmundas Vaytekunas deyib.

O bildirib ki, buna səbəb Rusiyanın Su-24 qırıcısının Türkiyə tərəfindən vurulmasından sonra telekanalda yayımlanan verilişdə ABŞ və NATO-ya qarşı düşmən mövqeli çıxışlar olub:

"Əlimizdə olan faktları İsveç rəsmilərinə təqdim etmişik. Polis bu faktlara uyğun olaraq telekanalla bağlı araşdırmalara başlayıb".

Qeyd edək ki, Türkiyə tərəfindən Rusiyanın Su-24 qırıcısının vurulmasından sonra noyabrın 29-da "RTR-Planeta" telekanalında yayımlanan verilişdə NATO və ABŞ-a qarşı nifrət və düşmənçiliyi aşılayan ifadələrə yer verilmişdi.

Tarix
2016.01.13 / 22:02
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla