Yuxarı

İran müxalifətinin liderinin saxlanma yeri dəyişdirildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran müxalifətinin liderinin saxlanma yeri dəyişdirildi

İran müxalifətinin liderlərindən biri, "Etimade-Milli" partiyasının baş katibi Mehdi Kərrubi 3 il Tehranda İranın təhlükəsizlik qüvvələri tərəfindən naməlum yerdə ev dustaqlığında saxlandıqdan sonra ötən gün, öz şəxsi evinə köçürülüb.

Bunu Mehdi Kərrubinin oğlu Məhəmməd Təqi Kərrubi öz şəxsi facebook səhifəsində yazıb.Bu barədə sahamnews.org xəbər portalı məlumat verir.

"Axır ki, 3 ildən sonra atam Təhlükəsizlik qüvvələri ilə yanaşı və eyni təhlükəsizlik standartları ilə ev dustaqlığını davam etdirmək üçün Tehranın Camaran bölgəsində yerləşən öz şəxsi evinə köçrülüb", - deyə Məhəmməd Təqi Kərrubi öz facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Mehdi Kərrubinin evinin birinci mərtəbəsində yerləşiblər.
Məlumata əsasən, "Etimade-Milli" partiyasının baş katibi Mehdi Kərrubi açıq məhkəmədə mühakimə olunmasını tələb edir.

2009-cu ildə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edən İran müxalifətinin liderlərindən olan, "Etimade-Milli" partiyasının baş katibi M.Kərrubi və Mir Hüseyn Musəvi həyat yoldaşları ilə birlikdə 2010-cu ilin əvvəlindən ev dustaqlığında saxlanılırlar. M.Kərrubi ev dustaqlığında saxlandığı gündən "Etimade-Milli" partiyasının ofisi bağlanıb. Üzvləri arasında fikir ayrılıqları yarandığı üçün partiyanın rəsmi fəaliyyəti dondurulub. (Trend)

Tarix
2014.02.02 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla