Yuxarı

Rusiya Moldovanı parçalayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qaqauziya muxtar vilayətində Moldovanın xarci siyasəti ilə bağlı referenduma start verilib.

"Axar.az"ın məlumatına görə, referendumun keçirilməsi hələ 27 noyabr 2013-cu ildə Qaqauziya Xalq Yığıncağının yekdil qərarı ilə qəbul olunub. Səhər saatlarından vilayətin 64 seçki məntəqəsi qapılarını seçici hüququna malik vətəndaşların üzünə açıb.

Ekspertlərin qənaətinə görə, əslində, referendumu ötən ilin noyabrında Moldovanın Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamasına cavab da saymaq olar. Qaqauziya muxtar vilayətinin rəhbəri Mixail Formuzal "Azadlıq" radiosuna müsahibəsində bir qədər də irəli gedərək, niyyətlərinin Moldovanın tərkibindən çıxaraq, Gömrük Birliyi ilə əlaqələrin qurulması olduğunu açıqlayıb: "Maraqlıyıq ki, yaxın 10 il ərzində Gömrük İttifaqında olaq".

Xatırladaq ki, muxtar vilayətdə pravoslav xristian dinini qəbul edən 135 min qaqauz türkü yaşayır. Moldovanın mərkəzi hakimiyyəti referendumun qarşısını almağa çalışsa da, bu, mümkün olmayıb. Yanvarın 22-də Qaqauziyanın paytaxtı Komrat şəhərinə gələn Moldova Baş naziri Yuri Lenka bəyan edib ki, əhali referenduma nə üçün getdiyini bilmir. Moldovalı analitiklər hesab edir ki, müstəqilliyini elan etməsi bahasına belə, Qaqauziya Moldovanın Avropaya inteqrasiyasına mane olacaq.

Öz radikal çıxışları ilə seçilən Rusiya Baş nazirinin müavini Dmitri Roqozin bu məsələyə də münasibətində öz ampluasında qalıb. Onun sözlərinə görə, Avropaya istiqamət alan "Moldova" adlı qatar iki vaqonunu itirə bilər. O, belə deməklə Dnestryanı separat qurum və Qaqauziyanı nəzərdə tutub.

Tarix
2014.02.02 / 14:05
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla