Yuxarı

Rusiya Moldovada Ukrayna hadisələri hazırlayır – Şərh

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Moldovada Ukrayna hadisələri hazırlayır – Şərh

"Qaqauziyadakı referendum Rusiyada hansısa dairələr tərəfindən hazırlanıb".

Bunu "Axar.az"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O, Rusiyanın Moldovanı parçalaması planına inanmadığını deyib: "Görünür, bu Rusiyada hansısa dairələr tərəfindən hazırlanıb həyata kecirilən layihədir. Lakin yaranmış şəraitdə bu layihənin uğurla həyata keçirilməsi perspektivlərinə böyük şübhələr var. Moldovanın Avropa İttifaqına tərəf surətlə irəliləməsi, yerli əhalinin daha yaxşı yaşamaq istəyi bu cür layihələri tarixi baxımından mənasız edir".

Politoloq hazırda Rusiyaya qarşı son günlər atılan addımlara hərb gücünə cavab verəcəyi məsələsinə inanmadığını deyib. O, bütün günahı Qərb dövlətlərinin Rusiyaya qarşı yürütdüyü siyasətdə axtarmaq lazım olduğunu qeyd edib:

"Şərt o deyil ki, referendum keçirilsin. Onun nəticələri saxtalaşdırıla da bilər... Gündəlik həyat qaqauzları başqa, daha real addımlar atmağa məcbur edəcək... O ki qaldı Rusiya tərəfindən müharibə aparılmasına, bütün bunlar cəfəngiyatdır. Rusiyanın təzyiq mexanizmləri kifayət gədər böyükdür. Müharibə aparmağa ehtiyac qalmır. Sadəcə olaraq, Qərb dövlətlərinin Rusiyaya qarşı apardıqları siyasət effektiv deyil, bu da cox vaxt onların günahıdır. Rusiyadan asılı olan və bu asılılıqdan azad ola bilməyən ölkələrin Moskvayla sərt davranışının nə qədər məhsuldar və məsuliyətli siyasət olduğunun praktikada hamımız şahidi olmuşuq".

Qeyd edək ki, dünən Moldovanın tərkibində yerləşən Qaqauziya Muxtar Respublikasında referendum keçirilib. Referendumda Moldovanın mərkəzi hökumətinin əleyhinə olaraq Gömrük İttifaqına daxil olmaq məsələsi təklif edilib.

Tarix
2014.02.03 / 12:29
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla