Yuxarı

Kerridən sülh açıqlaması: Sanksiyalar bitəcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kerridən sülh açıqlaması: Sanksiyalar bitəcək?

Yaxın aylarda Minsk razılaşmasının şərtləri yerinə yetirilə bilər.

Axar.az xəbər verir ki, bunu Davos Ümumdünya İqtisadi Forumunda çıxışı zamanı ABŞ Dövlət katibi Con Kerri söyləyib. Onun sözlərinə görə, yalnız bundan sonra Rusiya üzərindən sanksiyalar götürüləcək:

"Bu həftənin əvvəlində vitse-prezident Co Bayden və mən Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüşdük. Əsas məqsədimiz Minsk razılaşmasının tam yerinə yetirilməsinə dəstək vermək idi. Əminəm ki, bütün tərəflərin problemin həlli üçün səyləri və legitim cəhdləri yaxın aylarda Minsk danışıqlarının yerinə yetirilməsinə imkan verəcək".

Qeyd edək ki, ABŞ və Avropa Birliyi 2014-cü ildən bu yana Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Sanksiyaların tətbiq olunmasına səbəb Rusiyanın Krımı qanunsuz anneksiya etməsi və Donbasdakı separatçılara dəstək verməsidir.

Tarix
2016.01.22 / 17:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla