Ana səhifə Planet |
İran və Səudiyyə Ərəbistanı regionda sabitlik və təhlükəsizlik naminə ikitərəfli münasibətlərdə gərginliyi azaltmaq üçün mümkün olan hər şeyi etməlidir.
Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi deyib.
"Biz regionda təhlükəsizliyə və stabilliyə kömək edəcək istənilən addımı - xüsusilə terrora, ekstremizmə və dinlərarası münaqişələrə qarşı - atmağa hazırıq", - İran rəsmisi bildirib.
Səudiyyə Ərəbistanı yanvarın 2-də aralarında şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimrin də olduğu 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Ər-Riyad səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq İranla diplomatik əlaqələri kəsib.
Ötən gün isə Səudiyyə Ərəbistanının Tehranda yerləşən səfirliyinə hücumda şübhəli bilinən 100-dən çox şəxsin saxlanıldığı barədə İran rəsmi açıqlama yayıb.
Tarix
2016.01.25 / 13:36
|
Müəllif
İlham Sahiloğlu
|