Yuxarı

İsrail Pandorra qutusunu açdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail Pandorra qutusunu açdı

İsrail Müdafiə Nazirliyi İordan çayının qərb sahilində 153 yəhudi məskəninin tikilişinə icazə verib.

Axar.az xəbər verir ki, bu barədə infomasiyanı İsrail mətbuatı yayıb. Mətbuat tikintilərin Ariel və Xevron şəhərlərində baş tutacağını bildirib.

Qeyd edək ki, uzun illər ərzində İordan çayının qərb sahilində yeni evlərin tikilişi dayandırılıb. Bu ərazi və Şərqi Qüdsdə indiyə qədər 500 min əhalisi olan 100 yəhudi qəsəbəsi salınıb. Beynəlxalq ictimaiyyət bu əraziləri İsrail tərəfindən işğal olunmuş zonalar kimi tanıyır. BMT və ABŞ bu torpaqlarda yəhudi məskənlərinin sayının artmasına qarşı çıxırlar.

Bəzi ekspertlər bu qərarın İsrail üçün "pandorra qutusu"nun açılması anlamına gəldiyini bildirirlər. (Əfsanəyə görə, məhz bu qutuda dünyanın bütün bəlaları toplanıb. Hazırda, sadəcə, bəlalar yaxınlaşır anlamını ifadə edir. - red.) Bu addım istənilən halda Fələstin rəhbərliyi ilə bərabər yerli əhalinin kəskin etirazına səbəb olacaq. Böyük ehtimalla tərəflər arasında yenidən qanlı toqquşmalar yaşanacaq.

Tarix
2016.01.27 / 01:08
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla