Yuxarı

Olimpiya Oyunları: ruslar Parisə gedəcək – İcazə verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Olimpiya Oyunları: ruslar Parisə gedəcək – İcazə verildi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarına 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında fərdi neytral idmançı kimi iştirak etməyə icazə verib.

Axar.az xəbər verir ki, beynəlxalq federasiyalar və beynəlxalq idman tədbirlərinin təşkilatçıları üçün BOK İcraiyyə Şurasının 28 mart 2023-cü il tarixli tövsiyələri əsasında ciddi seçim şərtləri tətbiq olunacaq.

Ruslar və belaruslar komanda yarışlarında iştirak edə bilməyəcəklər.

Hərbi və ya milli təhlükəsizlik təşkilatları ilə əlaqəli şəxslərin də Olimpiadada iştirakına icazə verilməyəcək. Bundan əlavə, həmin ölkələrin rəsmiləri müsabiqəyə akkreditasiyadan keçməyəcəklər.

Bildirilir ki, hazırda Rusiyadan 8, Belarusdan isə 3 idmançıya Olimpiya Oyunlarında iştiraka icazə verilib.

Tarix
2023.12.08 / 21:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla