Yuxarı

Əmininin ailəsinin ölkədən çıxışına qadağa qoyuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmininin ailəsinin ölkədən çıxışına qadağa qoyuldu

2022-ci ilin 16 sentyabrında məcburi hicab qaydalarını pozduğuna görə Tehranda əxlaq polisi tərəfindən öldürülən Məhsa Əmininin ailəsinin ölkədən çıxışına qadağa qoyulub.

Axar.az xəbər verir ki, bu barədə ailəyə yaxın şəxslər məlumat yayıb.

Bildirilib ki, Əmininin valideynləri Tehranın İmam Xomeyni hava limanından Fransaya uçmaq istədikləri vaxt pasportları alınıb və onların çıxışına qadağa qoyulduğu bildirilib.

Ailə Avropa Birliyinin Məhsa Əminiyə verdiyi Saxarov adına 2023-cü ilin “Fikir azadlığı” mükafatını almaq üçün Fransaya dəvət edilib.

Xatırladaq ki, Məhsa Əmini ötən il sentyabrın 13-də İranın əxlaq polisi tərəfindən saxlanıldıqdan bir müddət sonra komaya düşüb, ardınca isə vəfat edib. Onun ölümündən sonra İranda aylarla davam edən aksiyalar başlayıb.

Tarix
2023.12.09 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla