Rusiya Krımı üç dəfə ələ keçirməyə cəhd
edib.
Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində
Andrey İllarionov söyləyib. Onun sözlərinə görə, Moskva buna ilk
cəhdi Narıncı inqilab vaxtı, 2004-cü ilin sonu 2005-ci ilin
əvvəllərində edib:
"Əməliyyatın yüksək səviyyədə hazırlanmaması Kremli bu planın
reallaşdırılmasını dayandırmağa vadar etdi. Bunun ardınca həmin
planı 2010-cu ildə həyata keçirmək istəyirdilər. O zaman Ukraynada
prezident seçkisi keçirilirdi. Əgər seçkidə Yuliya Timoşenko qalib
olsaydı, o zaman rus qoşunları Krıma girəcəkdi. Yanukoviçin
qələbəsi bu planı da təxirə saldı. Növbəti cəhd 2015-ci il seçkisi
üçün nəzərdə tutulmuşdu. Hər şey Yanukoviçin qalibiyyətinə
hesablanmışdı. Lakin Maydan çox tez başladı. O zaman bu hərəkatı nə
Kiyevdə, nə də ki Moskvada gözləyirdilər. Ona görə də Putin
anneksiyanı 2014-cü ildə reallaşdırmalı oldu".
Qeyd edək ki, Ukraynada Maydan hərəkatı 2013-cü ilin noyabrından
başlayıb. Bunun sayəsində o zamankı prezident Viktor Yanukoviç
hakimiyyətdən devrilib.