Yuxarı

Rusiya qırıcısı ABŞ təyyarəsinin 5 metrliyində

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya qırıcısı ABŞ təyyarəsinin 5 metrliyində

ABŞ hərbi qüvvələrinin rəsmiləri Rusiyanın qırıcı təyyarəsinin Amerikanın kəşfiyyat təyyarəsinin 5 metr yaxınlığından keçdiyini bildirərək, bunu təhlükəli insident adlandırıb.

Musavat.com xəbər verir ki, Müdafiə nazirliyinin sözçüsü, ordunun leytenant polkovniki Mişel Baldanza ABŞ hərbi hava qüvvələrinin təyyarəsinin Qara dəniz üzərində uçduğu zaman Rusiya təyyarəsinin pilotunun "təhlükəli və qeyri-peşəkar" rəftarı ilə qarşılaşdığını deyib.

O, ABŞ hərbi qüvvələrinin insidenti araşdırdığını bildirib.

Müdafiə nazirinin rəsmiəri Amerika mediasına bildirib ki, sağ tərəfdən ABŞ-ın kəşfiyyat təyyarəsinə yaxınlaşan Rusiyanın qırıcı təyyarəsi qəfil sağa əyilərək ABŞ təyyarəsinin idarə olunması üçün təhlükə yaradıb.

Bu, aprel ayında Baltik dənizi üzərində baş vermiş insidentə bənzər hadisədir. Pentaqon Rusiyanın döyüş təyyatəsinin ABŞ-ın kəşfiyyat təyyarəsinin qarşısına çıxaraq silah nümayiş etdirdiyini bildirib. Moskva təyyarənin pilotunun yanlışlığa yol verdiyini rədd edib.

Tarix
2016.01.30 / 23:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla