Yuxarı

Türkiyə: “Lavrov yalan danışır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə: “Lavrov yalan danışır”

Yanvarın 29-da Rusiyanın Türkiyə sərhədini pozmasından sonra Ankaranın Kremlə heç bir məlumat verməməsi barədə Rusiya XİN rəhbəri Sergey Lavrovun sözləri tamamilə əsassızdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç deyib. O, Türkiyənin lazımi məlumatları Rusiyanın Ankaradakı hərbi attaşesinə çatdırdığını bildirib:

"Türkiyənin Rusiyaya məlumat vermədiyi barədə Lavrovun sözləri əsassızdır. Hava sərhədlərimizin pozulmasından sonra Rusiyanın Ankaradakı hərbi attaşesi XİN-ə çağırılıb və lazımi məlumat verilib. Sərhədlərimizin pozulmasının davam etdirilməsi konkret nəticələrə gətirib çıxaracaq və bunun bütün məsuliyyəti Rusiyanın üzərinə düşəcək. Bu, Rusiyanın hərbi attaşesinə açıq şəkildə deyilib. Lakin biz növbəti dəfə gərginliyin danışıqlar yolu ilə aradan qaldırılmasını dəstəklədiyimizi bildiririk".

Qeyd edək ki, yanvarın 29-da Rusiyanın Su-34 bombardmançısı Türkiyənin hava sərhədlərini pozub.

Tarix
2016.02.04 / 13:05
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla