Yuxarı

Praqa hakimiyyəti Yanukoviçi qəbul etmədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Praqa hakimiyyəti Yanukoviçi qəbul etmədi

Praqa hakimiyyəti Ukrayna Prezidenti Viktor Yanukoviçin səfərinin təşkilində iştirak etməyəcək. Çexiya paytaxtının meri Tomaş Qudeçek onu şəhərdə görmək istəmədiyini bəyan edib.

Bu barədə RBK agentliyi "Azadlıq" radiosuna istinadən xəbər yayıb ( Trend ).

T.Qudeçek bildirib: "Vatslav Qavelin adını daşıyan aeroportda məhz Prezident Yanukoviçin yerə enməsi absurddur. Əgər Ukraynanın dövlət başçısı Praqaya gələrsə, şəhər hakimiyyəti adətən belə hallarda olduğu kimi tədbirlər görməyəcək, eləcə də Yanukoviç şəhərin bələdiyyə binasına dəvət edilməyəcək".

Qeyd edək ki, Praqada Çexiyanın onlarla ictimai xadimi, şairlər, kinorejissorlar və məmurlar Yaukoviçin səfərinə qarşı çıxış edirlər. Onları məhz nəyin qane etmədiyi dəqiqləşdirilmir.

T.Qudoçek görüş əvəzinə Maydanda etiraz nümayişlərinin iştirakçılarına "İnsan darda" təşkilatı vasitəsilə 500 min çex kronu (bir ABŞ dolları 20,36 çex kronuna bərabərdir) göndərmək niyyətindədir. O, artıq bir həftə əvvəl Ukraynada "etirazlar zamanı məqsədli şəkildə təqiblərin qurbanlarının" və onların ailələrinin hesabına pul köçürüb.

Yanukoviçin Çexiyaya rəsmi səfəri 2014-cü ilin aprelinə planlaşdırılıb. Çexiya Prezidentinin dəvəti ilə həyata keçirilməli olan səfər zamanı "Şərq tərəfdaşlığı" proqramına həsr edilmiş mini-sammit də keçirilməli idi.

Tarix
2014.02.05 / 10:29
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla