Yuxarı

İki dəfə şimşək vurdu, lakin sağ qaldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki dəfə şimşək vurdu, lakin sağ qaldı

"Rosbalt.ru" saytının yaydığı məlumata görə, bu həftəsonu Texas ştatında fırtına zamanı Keysi Vaqner adlı şəxsi şimşək düz iki dəfə vurub. Zərərçəkəni təcili xəstəxanaya çatdırıblar. Vaqner danışır ki, o, güclü bir partlayış səsi eşidib və dizi üstə çöküb, sonra onu şimşək yenidən vurub və o tərpənə bilməyib. "Bu, sanki ölüm idi. Həyatımda başıma bundan pis hadisə gəlməyib",- Vaqner dəhşətli hisslərini bu sözlərlə paylaşıb.

Aydın olub ki, onun həyatını əynindəki sintetik materialdan olan statik elektrik toplayan ponço xilas edib. Vaqner isə əmindir ki, onu Allah xilas edib, buna görə də daha tez-tez kilsəyə gedəcək.

Maraqlıdır ki, şimşəklər kişiləri vurmağa üstünlük verir. Araşdırmalar göstərir ki, 1995-2008-ci illər arasında 82% şimşək qurbanlarını kişilər təşkil edib.

Tarix
2013.10.31 / 11:07
Müəllif
Nərminə Allahverdiyeva
Digər xəbərlər

Azərbaycanda həyat səviyyəsi daim yaxşılaşır - To Lam

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla