Yuxarı

Şok ssenari: NATO üç günə məğlub olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbdə son zamanlar Rusiya və NATO-nun qarşı-qarşıya gələcəyi mümkün görünən qlobal münaqişələr modelləşdirilir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, "Rand Corp" analitik mərkəz Amerika zabitləri və mülki məmurların iştirakı ilə hərbi oyunlar keçirib.

Hərbi oyunlar arzu edilməyən nəticələrə gətirib çıxarıb. Nəticələrə görə, hazırda NATO-nun Avropadakı gücləri Rusiya ordusuna uduzur. Hərbi oyunlara görə, müharibənin ən ehtimal edilən ssenarisi Rusiyanın Baltikyanı ölkələrə müdaxiləsidir. "Əgər Rusiya tankları və piyada qoşunları sabah Baltikyanı ölkələrə daxil olarsa, NATO gücləri üç gün ərzində məğlubiyyətlə düçar olacaqlar", - "Foreign Policy" hərbi oyunların nəticələrində deyilir.

Oyunlarln nəticəsinə əsasən, NATO gücləri hazırkı vəziyyətdə ittifaqın ən zəif ölkələrinin ərazisini müdafiə etməyə qadir deyil. 2014-2015-ci illərdə stolüstü formatda çoxsaylı hərbi oyunlar oynanılıb. Nəticə bundan ibarət olub ki, Rusiya gücləri 36-60 saat sonra artıq Tallin və ya Riqanın qapılarını döyüb. ABŞ və Baltikyanı ölkələrinin qoşunları, həmçinin Amerika Hərbi Hava Qüvvələri mexanikləşdirilmiş Rusiya hissələrinin hücumunu saxlamağa nail olmayıblar və böyük itkilər veriblər.

Nəticədə, sürətli məğlubiyyətdən sonra ABŞ və onun NATO-dakı müttəfiqlərinin əlində bir neçə ssenari qalır: əks-hücuma keçmək, Rusiyanı nüvə silahı da olmaqla cavab zərbəsi ilə vurmaq, müvəqqəti məğlubiyyəti qəbul edərək yeni "soyuq müharibə"yə başlamaq.

Hərbi oyunlar nümayiş etdirdi ki, Baltikyanı ölkələrin sürətli ilhaqının qarşısını almaq üçün NATO regionda hərbi kontingentini gücləndirməldir. NATO-nun şərq cəbhəsi üçün kifayət qədər peşəkar yeddi briqada, həmçinin ağır zirehli texnikanın üç briqadası, aviasiya və artilleriya dəstəyi lazımdır.

Əlavə güclərin saxlanılması ildə təxminən 2,7 milyard dollara başa gələcək. ABŞ-ın müdafiə naziri Eşton Karter yaxın vaxtlarda Şərqi Avropada əlavə ağır silahlar və zirehli avtomobillərin yerləşdirilməsi planlarını elan edib. Pentaqon 2016-cı ildə Avropada güclərin genişləndirilməsinə 3,4 milyard dollar xərcləməyi planlaşdırır. Amerika məmurlarının sözlərinə görə, Avropada orduya ayrılan maliyyənin artırılması ABŞ-ın NATO-dakı partnyorlarına sədaqətinin nümayişi üçün nəzərdə tutulub.

BBC televiziya şirkəti isə II Dünya Müharibəsinin ehtimal edilən ssenarisi haqqında film nümayiş etdirib. "Üçüncü Dünya Müharibəsi: nəzarət məntəqəsində" adlı filmdə Rusiya və NATO arasında potensial münaqişənin ssenarisi göstərilir. Nüvə qarşıdurması Baltikyanı ölkələrin ərazisində başlanır.

Film Ukraynanın şərqindəki hadisələrin gedişatını göstərən süjet üzrə çəkilib. Rusiyayönlü üsyançılar Latviyanın Dauqavpils şəhərini tuturlar və Amerika-Britaniya koalisiyasının müdaxiləsindən sonra dünya genişmiqyaslı nüvə müharibəsi həddinə gəlir. Hadisələr Böyük Britaniya Silahlı qüvvələrinin nəzarət məntəqəsindən izlənilir. Filmin baş qəhrəmanları rollarında ölkənin keçmiş yüksək vəzifəli rəhbərləri oynayır. Onlar NATO-nun Avropadakı güclərinin keçmiş komandanı Riçard Şireff, Britaniya parlamentinin kəşfiyyat komitəsinin üzvü Nevill-Cons və Kral Hərbi-Dəniz Qüvvələrinin admiralı Lord Uestdir.

Uydurulmuş münaqişə Estoniyada – II Dünya Müharibəsi zamanı həlak olmuş sovet döyüşçülərinin yad edilməsi üçün keçirilən aksiyası zamanı başlayır. Tallində nümayişçilər qrupuna bir neçə maskalı şəxs hücum edir. Bundan sonra qarşıdurmalar ölkənin digər hissələrinə, həmçinin qonşu Latviyaya keçir. Burada mitinqlərdə iştirak etmiş rusdilli sakinlər həbs edilir. Bundan sonra, Dauqavpilsdə rusdilli icmanın üzvləri şəhər administrasiyasının binasını tuturlar və onun fasadından Avropa Birliyi ilə Latviyanın bayraqlarını götürürlər, əvəzində isə qırmızı bayrağını asırlar.

Sonda bəşəriyyəti Britaniya Nazirlər Kabinetinin üzvləri xilas edirlər.

Tarix
2016.02.05 / 00:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla