Yuxarı

Kremlə mesaj: “Astana heç vaxt Ankaradan imtina etməyəcək”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremlə mesaj: “Astana heç vaxt Ankaradan imtina etməyəcək”

Astana heç vaxt Ankara ilə əməkdaşlıq siyasətindən imtina etməyəcək.

Publika.az xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Türkiyənin Baş naziri Əhməd Davutoğlu ilə görüşdə deyib.

Dövlət başçısı türk vektorunun ölkənin siyasəti üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Nazarbayev qeyd edib ki, Qazaxıstan müstəqilliyinin ilk günlərindən qardaş xalqların yaxınlaşması üçün səy göstərir. Onun sözlərinə görə, türk rəhbərliyi ilə sıx iş nəticəsində Qazaxıstan uzun illər ərzində itirilən əlaqələri bərpa etməyi bacarıb.

"Qazaxıstan üçün Türkiyənin qiyməti çox böyükdür. Biz Ankara ilə əməkdaşlıq siyasətindən heç vaxt imtina etməyəcəyik", - Nazarbayev deyib.

O, həmçinin əlavə edib ki, Türkiyənin ətrafında artan geosiyasi gərginlik Qazaxıstana da təsir göstərir. Nazarbayev Türkiyə və Rusiya arasındakı münasibətlərdə yaranan böhranı "böyük problem" adlandırıb. "Hər iki ölkə bizim əhəmiyyətli müttəfiqimiz və partnyorumuzdur", - prezidenti vurğulayıb.

Tarix
2016.02.06 / 23:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı?

Ehtiyaclarımız üçün qonşularla danışıqlar aparırıq - Pezeşkian

İlham Əliyev Putinə zəng etdi

Azərbaycandan Almaniyaya etiraz

Vurulma görüntüsü "Royad Məmmədov"a aid deyil - Video

Türk diplomat Bakıdan niyə imtina etdi? - Video

Qonşuda 47 ildə ilk: çöküş başladı, nazir istefa verdi

Ukraynaya növbəti humanitar yardım göndərildi

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla