Yuxarı

Hələb şəhəri ciddi fəlakət qarşısında

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hələb şəhəri ciddi fəlakət qarşısında

Hələb şəhərinin ətraf aləmlə yeganə əlaqə yolu olan Kastillo həm Əsəd rejimi qüvvələrinin, həm də PYD-nin ciddi hücumlarına məruz qalıb.

Axar.az xəbər verir ki, bu sözləri Hələb türkmanlarının yaratdığı müxalif qruplaşmalardan olan Muntasır Billah Tuqayının komandanı Firas Paşa deyib.

"Azez xətti işğal edildikdən sonra yeganə yol bura qalıb. Əgər Kastillo yolu da alınarsa, Hələb mühasirəyə düşəcək. Hələbin mühasirəsi Madaya və Zabadani kimi şəhərlərin mühasirəsinə bənzəməyəcək. Şəhərdə yüzminlərlə insan yaşayır. Dünya daha böyük humanitar fəlakətlə üz-üzə qala bilər. Yüzminlərlə insan aclıqla mübarizə aparacaq. Bu durum dünyanın alnında qara ləkə olaraq qalacaq. Əgər məğlub olsaq, sadəcə Hələb yox, 5 ildir davam edən mübarizəmiz bitəcək", - Firas Paşa qeyd edib.

Qeyd edək ki, Azez xətti Əsəd qüvvələri tərəfindən geri alındıqdan sonra Hələbin yeganə strateji xətti olan Kastillo yolu müxaliflərin nəzarətində qalıb.

Hazırda müxaliflərin nəzarətində olan bölgələrə yalnız Bab əl Hava sərhəd-keçid məntəqəsindən Kastillo yolu vasitəsilə humanitar yardım göndərmək mümkündür.

Əgər Kastillo yolu Əsəd və PYD qüvvələri tərəfindən işğal edilərsə, Hələb şəhəri ciddi fəlakətlə üz-üzə qalacaq.

Tarix
2016.02.07 / 13:13
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla