Yuxarı

“Türk əsgərini döyüşlə çıxarmağa hazırıq” - Təhdid

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Mosul vilayətinin Başika qəsəbəsində hərbi qüvvə saxlayan Türkiyəyə Bağdaddan növbəti reaksiya gəlib.

Publika.az xəbər verir ki, İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyasının üzvü Falih Elhazali türk əsgərini "işğalçı" adlandırıb.

"Türk əsgəri İraq torpaqlarından ancaq hərbi əməliyyatla çıxarılacaq. "Haşd Şabi" könüllü müqavimət gücləri də bu işğala qarşı döyüşməyə və türk əsgərini İraqdan çıxarmağa hazırdır. Döyüş variantı İraq hökumətinin gündəliyindədir", - iraqlı millət vəkili deyib.

Komissiya üzvü İraqın diplomatik və hüquqi yolları sınaqdan keçirdiyini, BMT Təhlükəsizlik Şurasına şikayət edildiyini, lakin İraqın şimalında "torpaq işğalı"nın hələ də davam etdiyini söyləyib.

O, həmçinin türk əsgərlərinə qarşı döyüşün hazırda mümkün olmadığını, bunun ancaq Mosulun İŞİD-dən azad edilməsindən sonra mümkün olacağını dilə gətirib.

Tarix
2016.02.09 / 00:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla