Yuxarı

Güclü qar 3 min aviareysin ləğvinə səbəb oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güclü qar 3 min aviareysin ləğvinə səbəb oldu

ABŞ-ın şimal-şərqində güclü qar səbəbindən ölkədə 2,7 minə yaxın aviareys ləğv olunub, 1 milyondan çox şəxs elektrik enerjisiz qalıb.

RİA Novosti-nin verdiyi məlumata görə, bu barədə ABŞ telekanalları xəbər yayıb.

Qarlı-şaxtalı hava daha çox Nyu Cersidə "Newark Liberty International" və Bostonda "Logan International" hava limanlarının işinə təsir edib.

Federal Mülki Aviasiya İdarəsi Çikaqo, Filadelfiya və Şarlotta şəhərlərinin aeroportlarında xeyli sayda aviareysin gecikdiyini qeyd edir.

CNN-in məlumatına görə, Pensilvaniya, Nyu Cersi və Merilend ştatlarında 1 milyondan çox istehlakçı işıqsız qalıb.

Nyu York ştatının qubernatoru Endryu Kuomo fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu bəyan edib.

Ölkənin mərkəzi hissəsində yerləşən Kanzas ştatında əlverişsiz hava şəraiti ilə əlaqədar 3 nəfərin öldüyü bildirilir (Trend).

Tarix
2014.02.06 / 08:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla