Yuxarı

Ər-Riyad Türkiyəyə qırıcılar göndərir – Gərginlik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ər-Riyad Türkiyəyə qırıcılar göndərir – Gərginlik

Səudiyyə Ərəbistanı Türkiyənin İncirlik hərbi bazasına döyüş təyyarələri göndərməyə hazırlaşır.

Axar.az xəbər verir ki, Suriyada İŞİD terrorçularına qarşı əməliyyatda iştirak edəcək reaktivlər bu həftə ərzində bazaya göndəriləcək.

İlkin mərhələdə krallığın 8-10 reaktivi əməliyyatlarda iştirak edəcək.

Xatırladaq ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriyada quru əməliyyatlarının başlanacağını istisna etməyib.

"Yeni Şəfəq" qəzetinə açıqlama verən nazir Ər-Riyadın da əməliyyatlara dəstək verəcəyini bildirib:

"Türkiyə və Səudiyyə Ərəbistanı başından bəri Suriya və İŞİD-lə mübarizə məsələsində quru əməliyyatlarının tərəfdarı olub. Bütün koalisiya görüşlərində belə bir strategiyaya ehtiyac olduğunu söyləmişik. Əgər belə bir qərar verilərsə, Türkiyə və Səudiyyənin quru əməliyyatlarına qoşula biləcəyini demişik. Səudiyyə İncirlik bazasında kəşfiyyat işləri aparıb. Tezliklə İŞİD-lə mübarizə üçün qırıcılarını göndərəcək. Lazım gələrsə, əsgər də göndərəcəklərini bildiriblər".

Tarix
2016.02.13 / 18:09
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla