Yuxarı

Paşinyan Putinə işğalçı dedi - Kremldən cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Putinə işğalçı dedi - Kremldən cavab

Kreml Ukrayna hadisələri ilə bağlı Rusiya və Ermənistanın mövqelərinin fərqli olduğunu təsdiqləyib.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı vəziyyətlə bağlı Moskva və İrəvanın mövqelərindəki fərq barədə danışan Paşinyanın bəyanatını şərh edərkən deyib.

“Həqiqətən də Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə dair diametral şəkildə əks mövqelərimiz var. Bu sirr deyil. Bu, məlum mövqedir”, - o bildirib.

Peskov vurğulayıb ki, Rusiya İrəvanın bu mövqeyi ilə razı deyil və israrla haqlı olduğunu izah etməyə davam edəcək.

Qeyd edək ki, Nikol Paşinyan 1991-ci il Almatı Bəyannaməsini Rusiyanın da imzaladığını vurğulayaraq, bu bəyannamə əsasında Ukraynanın ərazi bütövlüyünün tanınmasının Kremlin öhdəliyi olduğunu bildirib. Başqa sözlə, Paşinyan Rusiyanın Ukraynada işğalçı müharibə apardığını təsdiqləyib.

Tarix
2024.02.19 / 14:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla