Yuxarı

ABŞ-ın Ukraynada casus şəbəkəsi: nələr edirlər?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın Ukraynada casus şəbəkəsi: nələr edirlər?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Ukraynada Rusiya ilə sərhəddə 12 casus bazası yaradıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” ABŞ, Avropa və Ukraynadakı mənbələrinə istinadla məlumat yayıb.

Mənbələrin məlumatına görə, bu bazalardan istifadə edərək ABŞ kəşfiyyatı rus qoşunlarının hərəkətlərini izləyir, raket zərbələri üçün kəşfiyyat məlumatları alır və casus şəbəkələrinə dəstək verir. Bununla yanaşı, bu obyektlərdə hazırda Rusiya, Avropa, Kuba və digər yerlərdə fəaliyyət göstərən yeni nəsil ukraynalı casuslar hazırlanır:

“Casus bazaları şəbəkəsi sayəsində Kiyev Vaşinqtonun ən mühüm kəşfiyyat tərəfdaşlarından birinə çevrilib. Ukraynalılar son vaxtlar MKİ-nin Rusiyadakı bazasından daha çox rus məlumatlarını ələ keçiriblər”.

Nəşr bildirib ki, MKİ-nin Ukraynadakı bazalar şəbəkəsi 2016-cı ildən yaradılmağa başlayıb.

“Casuslar hissə-hissə ABŞ-ın 3 prezidentinin - Barak Obama, Donald Tramp və Co Baydenin dövründə formalaşdırılıb. Əvvəlcə ABŞ kəşfiyyatı Kiyevlə işləməkdən çəkinirdi, çünki o, Ukrayna kəşfiyyatçılarının güzəştə gedə biləcəyindən və MKİ-nin onlarla əlaqəsinin Moskvanı qıcıqlandıracağından ehtiyat edirdi. Lakin hələ 2015-ci ildə Ukrayna hərbi kəşfiyyatının o vaxtkı rəhbəri vəzifəsini icra edən general Valeri Kondratyuk xəbərdarlıq etmədən olduqca məxfi fayllar toplusunu MKİ nümayəndəsinə təhvil verib. Bundan sonra Ukrayna kəşfiyyatı amerikalılara etimad şəraiti yaratmaq üçün mütəmadi olaraq gizli məlumatlar verirdi. Casus bazalarının işi nəticəsində ABŞ-ın Kiyevdəki səfirliyi Rusiya haqqında ən yaxşı məlumat, siqnal mənbəyinə çevrildi”.

“Nyu York Tayms”ın məlumatına görə, Ukraynaya genişmiqyaslı hücumdan öncə Rusiya xüsusi xidmət orqanlarından birinin rəhbəri Vladimir Putinə MKİ və Mİ6-nın Kiyevə nəzarət etdiyini və ölkəni Moskvaya qarşı əməliyyatlar üçün pladstarma çevirdiyini məruzə edib:

“Məhz bundan sonra Putin çıxışlarında dəfələrlə bildirdi ki, 2014-cü ildə Ukraynada hakimiyyət MKİ-nin dəstəyi ilə dəyişdi”.

Tarix
2024.02.26 / 13:05
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla