Yuxarı

Budanov rus generalın oğlunu bu cür öldürüb - NYT

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Budanov rus generalın oğlunu bu cür öldürüb - NYT

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı “2245-ci dəstə” adlı elit bölməsinin tərkibində olub.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Nəşrin məlumatına görə, Budanov MKİ-nin texniki işçilərinin onları dəyişdirə və şifrələmə sistemlərini poza bilməsi üçün Rusiya PUA-ları və rabitə avadanlıqlarını ələ keçirən bölmənin zabiti olub:

“General Budanov “2245-ci dəstə”nin ulduzu idi. O, düşmən xəttinin arxasındakı cəsarətli əməliyyatları ilə tanınırdı və MKİ ilə dərin əlaqələrə malik idi. Agentlik ona təlim keçib və həmçinin Donbasda döyüşlər zamanı sağ qolundan yaralanandan sonra reabilitasiya üçün Merilənd ştatındakı “Valter Rid” Milli Hərbi Tibb Mərkəzinə göndərmək kimi fövqəladə addım atıb”.

“Nyu York Tayms” yazır ki, əməliyyatların birində rus forması geyinmiş Budanov şişmə qayıqlarda əsgərləri dar boğazdan keçirərək işğal olunmuş Krıma çatdırıb. Yarımadada ukraynalı döyüşçüləri Rusiyanın elit xüsusi təyinatlı dəstəsi qarşılayıb. Döyüş zamanı ruslar itki veriblər, hətta ölənlər arasında rus generalın oğlu da olub.

Tarix
2024.02.27 / 10:55
Müəllif
Axar.az
Digər xəbərlər

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla