Yuxarı

Rusiya Xəzərdən İrana silah göndərir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Xəzərdən İrana silah göndərir

Rusiyada səfərdə olan İranın Müdafiə naziri Hüseyn Dehqan sabah S-300 zenit-raket komplekslərinin birinci partiyasının Tehrana göndərilməsi mərasimində iştirak edəcək.

Axar.az xəbər verir ki, bu barədə "Sputnik" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, mərasim Həştərxanda baş tutacaq.

Mənbə bildirib ki, kompleks buradakı limanlardan birində gəmiyə yüklənərək, Xəzər dənizi vasitəsilə İrana göndəriləcək.

Qeyd edək ki, Rusiya və İran 2007-ci ildə S-300 zenit-raket kompleksinin satışı barədə 900 milyon dəyərində müqavilə imzalayıb. İranın nüvə fəaliyyəti ilə əlaqədar müqavilənin tətbiqi də dondurulub. Lakin Rusiya Prezidenti Vladimir Putin 2015-ci ilin aprelində qadağanın aradan götürülməsi barədə sərəncam imzalayıb.

Tarix
2016.02.17 / 15:20
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla