Yuxarı

Zurabişvilidən Rusiya xəbərdarlığı: Bu il görəcəyik!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zurabişvilidən Rusiya xəbərdarlığı: Bu il görəcəyik!

İmperialistliyi heç vaxt dayandırmayacaq bir imperiyanın yanında yaşamağın nə demək olduğunu bilirik.

Axar.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Tiflisə Rusiya tərəfindən təzyiq hiss edilib-edilməməsi və Moskva ilə müharibə vəziyyətində olan Ukraynaya hansı məsləhəti verəcəyi sualını cavablandırarkən deyib.

“Ukraynalılara hər hansı bir məsləhət verəcəyimizdən əmin deyiləm, çünki bizim demək olar ki, paralel tarixlərimiz olub: 19-cu əsrin imperialist Rusiyası, 20-ci əsrin Sovet Rusiyası, işğallar olub, bütün bunları birlikdə keçirmişik. Deməli, eyni yoldayıq, bilirik ki, yeganə perspektivimiz AB-yə yaxınlaşmaqdır. Moldova ilə birlikdə üçlük idik və Ukraynadakı müharibə əslində bu yolu sürətləndirdi və ölkələrimizi namizəd statusuna gətirdi”, - o bildirib.

Rusiyanın Gürcüstana təsirindən danışan Zurabişvili qeyd edib ki, ölkədə parlament seçkisi ərəfəsində Moskvanın səsvermə prosesinə müdaxiləsi və hibrid müharibəyə başlayacağı ilə bağlı qorxular var:

“Kiberhücumlar, mümkün iqtisadi təzyiqlərdən istifadə, təbliğat, marjinal qrupların maliyyələşdirilməsi və s. bütün bunları yaşayırıq. İşğal olunmuş ərazilərimiz var, ona görə də belə bir cəmiyyət üçün rusiyayönlü qrupların və partiyaların mövcudluğunu təsəvvür etmək olduqca çətindir. Lakin bunu açıq şəkildə bəyan etməyən rusiyayönlü qruplar var, bu qruplar üçün dəstək və müəyyən formada antiqərb təbliğatı maliyyələşdirilir. Gürcüstanda gördüklərimizi başqa yerlərdə də görürük, əminəm ki, bu il daha çoxunu görəcəyik, ona görə də çox diqqətli olmalıyıq”.

Tarix
2024.02.29 / 11:21
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla