Rusiya bu şəhəri “Oreşnik”lə vurdu
11:19
| Ana səhifə Planet |
|
Ukrayna müdafiəçilərinin imkanları sübut etdi ki, Qara dənizdə rus işğalçıları üçün təhlükəsiz liman yoxdur.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib:
"Artıq Qara dənizdə rus terrorçuları üçün təhlükəsiz limanlar yoxdur və olmayacaq. Və səmada da onlar üçün təhlükəsiz yer olmayacaq. Bu, həm tərəfdaşlardan gələn tədarüklərdən, həm də daxili istehsalımızdan asılıdır", - o bildirib.
Qeyd edək ki, martın 5-də Rusiyanın Qara dəniz Donanmasına məxsus “Sergey Kotov” gəmisi Ukrayna dronları vasitəsilə vurulub.
|
Tarix
2024.03.06 / 09:12
|
Müəllif
Axar.az
|