Yuxarı

Türkiyə ABŞ-dan iznsiz Suriyaya girə bilərmi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə ABŞ-dan iznsiz Suriyaya girə bilərmi?

Britaniyanın "Faynənşl Tayms" qəzeti Türkiyənin ABŞ-ın razılığı olmadan Suriyaya birbaşa müdaxilə edə bilməyəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, məqalədə Ankaranın Suriya sərhədində təhlükəsiz bölgə yaratmaq istədiyi qeyd olunub:

"Bir neçə kilometr əraziyə sahib olacaq bu bölgə Türkiyənin əsas qayğısı olan kürd axınını dayandıracaq. Belə bir addım Rusiya və Suriya ordusunun sıxışdırdığı mülayim müxalif qruplar üçün də etibarlı bölgə ola bilər.

Şimalda İslam Koalisiyası

Suriyalı müxaliflərin fikrincə, müxalif qrupların bəzi liderləri Ankara və İstanbulda türkiyəli hərbi səlahiyyətlilərlə bir araya gələrək şimalda yeni "İslam koalisiyası" yerləşdirilməsi ehtimalını müzakirə ediblər.

NATO üzvləri Rusiyanın olduğu bir bölgədə hərbi qüvvə saxlamaq istəmir. Yaxın Şərq İnstitutundan Çarlz Lister artıq Suriyanın tamamilə nəzarətdən çıxdığını deyir:

"Suriya nəzarətdən çıxıb. Ölkənin şimalında yaşananlar müharibənin gedişatını dəyişdirə bilər. Lakin Türkiyə ABŞ-ın razılığı olmadan müdaxilə etməyəcək. Buna baxmayaraq, Ankara torpaqlarından suriyalı üsyançıları döyüş bölgələrinə göndərməkdə davam edir.

Əsas məsələ Rusiyadır

Vaşinqton İŞİD-ə qarşı əməliyyatları genişləndirmək niyyətindədir. Amerikalı hərbçilər Ağ Evin xüsusi plan hazırladığını açıqlayıb. Bundan sonra müxalif qüvvələrə yardım daha geniş vüsət alacaq. Əsas məsələ Rusiyanı cəzalandırmaqdır. Amma bunun necə reallaşacağı isə sual altındadır".

Tarix
2016.02.19 / 20:13
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla